Harry Keyn Almaniyadakı günləri barədə danışıb.
İdmanxeber.az məlumat verir ki, Bundesliqada oynamağı sevdiyi deyən Keyn “Arsenal”ı keçə biləcəklərini düşünür:
“Bundesliqa mənim üçün böyük təcrübədir. Almaniyada oynamağı çox sevirəm”.
“Əgər biz sabah “Arsenal” səddini aşa bilsək, “Vembli”dəki finaldan cəmi 2 oyun uzaq olacağıq. Sabah ən yaxşı performansımı göstərmək istəyirəm”.