RU

Rusiya İrana Su-35 qırıcıları verə bilər - ŞOK DETALLAR

Rusiya İrana yeni döyüş təyyarələri, xüsusilə Su-35 və müasir hava hücumundan müdafiə sistemləri verə bilər ki, bu da İranın İsrail və ABŞ-a qarşı hərbi potensialını gücləndirəcək. 

Musavat.com xəbər verir ki, bu barədə "Washington Post" mənbələrə istinadən yazıb.
 
Qeyd olunub ki, bu, Tehranı Yaxın Şərqdəki vəziyyətdə daha təhlükəli rəqibə çevirəcək.
 
Nəşr qeyd edib ki, ötən ilin yazında Rusiyanın silah istehsalçısı “Start” İran nümayəndə heyətini hava hücumundan müdafiə sistemləri istehsal edən zavoda ekskursiyaya dəvət edib.

Bu şirkət Ukraynadakı müharibəni dəstəklədiyi üçün ABŞ sanksiyaları altındadır. Zavod zenit batareyaları üçün mobil buraxılış qurğuları və digər komponentlər istehsal edir. 

Bildirilib ki, bu səfərdən sonra İranın Rusiyadan silah alıb-almadığı hələ də məlum deyil. 

Rusiyanın İrana nə qədər hava hücumundan müdafiə sistemi təhvil verdiyi və ya onlardan neçəsinin artıq fəaliyyət göstərdiyi hələlik məlum deyil, lakin rus texnologiyası İranı təyyarə və raketləri vurmaq üçün daha güclü bir rəqibə çevirə bilər.

Bundan əlavə, WP kəşfiyyat rəsmilərinə istinadən bildirib ki, Rusiya gizli şəkildə ən güclü qırıcı-bombardmançı təyyarələrindən biri olan Su-35 qırıcılarının İrana ötürülməsi üzərində işləyir.

Rusiya həmçinin İranın casus peyklərinin hazırlanması ilə bağlı texniki yardım və bu peyklərin mümkün qədər çoxunu kosmosa göndərmək üçün raketlərin hazırlanmasında yardım vəd edib.

"Rusiyanın artıq İrana Su-35 qırıcıları tədarük etdiyinə dair heç bir sübut yoxdur. Razılaşma haqqında ətraflı məlumatı olan ABŞ və Yaxın Şərq kəşfiyyat rəsmisinin sözlərinə görə, İran təyyarələrin pulunu ödəməkdə çətinlik çəkir və bu səbəbdən tədarüklər gecikir", - The Washington Post yazır.

Qeyd olunub ki, İran öz nüvə və hərbi obyektlərini ABŞ və ya İsrailin mümkün hücumundan qorumaq üçün çoxdan Rusiyadan zenit-raket sistemləri almaq istəyir.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
51
50
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
13800
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11437
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5248
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5192
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3622
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3154
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3152
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
2918
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2667
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2659
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2360
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2226
Hidayət Heydərov dünya çempionu oldu
2016
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
1970
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
1874
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
1835
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1830