RU

Rəsulzadə qəsəbəsində itkin düşən 10 yaşlı uşaq axtarılır

Bakıda 10 yaşlı uşağın itkin düşməsi ilə bağlı polisə müraciət edilib.

Bizim.Media xəbər verir ki, Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yaşayan 1993-cü il təvəllüdlü T.Bəkirov 7-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək oğlunun itkin düşməsini bildirib. 

O qeyd edib ki, oğlu 2014-cü il təvəllüdlü O.Bəkirov aprelin 12-si saat 11:00 radələrində birgə yaşadıqları evdən naməlum istiqamətə gedərək itkin düşüb.

Müraciətlə bağlı araşdırma aparılır.

Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
113
7
bizim.media

9Источники