RU

Bu cür aşağı səviyyəli oyunçunun "Qarabağ"da nə işi var axı...

Çempionluğu rəsmiləşdirən "Qarabağ"ın mövsümün qalan hissəsində daha rahat, bəlkə də motivasiyasız oynayacağı aydın məsələdir.

Belədə xal itkiləri də, məğlubiyyətlər də gözləniləndi. Ki, çoxdandı uduzmayan "Qarabağ" dünən "Sabah"a yenildi. Özü də qapısında 3 top görməklə...

"Sabah" əzmkar oynadı, sürətli əks-hücumlara çıxaraq fürsətlərdən maksimum yararlandı. Layiqli qələbə qazandılar.

"Sabah" bu mövsüm "Qarabağ"la kubok matçında 1:7 hesablı məğlubiyyət yaşasa da, həmin oyundan sonra bu rəqibə 4:3 hesabı ilə qalib gəlib, sonra da 3:3 oynayıb.

Bu dəfə də "Sabah"ın 3:2 hesablı qələbəsi qeydə alınıb. Yəni, nəticələrdən də görmək olar ki, "Sabah" "Qarabağ" üçün tərs rəqibdir. Ağdam klubu cari mövsüm bu komandayla oyunlarda qapısında 12 qol görüb.

Bir tərəfdən baxanda, "Qarabağ" çempionluğu rəsmiləşdirdiyi üçün meydana hətta əvəzedici heyətlə də çıxsa, heç kim heç nə deyə bilməz. Tapşırıq yerinə yetirilib, mövsümün qalan hissəsi "Qarabağ" üçün formal xarakter daşıyır. Lakin digər tərəfdən hal-hazırda Premyer Liqada birdən-birə 6 komanda avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Turnir cədvəlində sıxlıq yaranıb. Bu 6 komandanın hər biri şansını saxlayır və açıq deməsələr də, "Qarabağ"dan var gücü ilə oynamasını gözləyirlər. Məsələn, "Qarabağ" ötən gün uduzmasaydı, "Turan Tovuz" hesabat turunun yekun cədvəlində "Sabah"dan üst pillədə olacaqdı.

Qurban Qurbanov "Sabah"a qarşı oyunda meydana ideal heyət buraxsa da, gözlənilmədən qapını gənc Amin Ramazanova tapşırdı. Açığı, qəribə seçim oldu. Axı, "Qarabağ" onsuz da "Sabah"la oyunlarda qapısında çox qol görür və Qurban Qurbanov bunu bilə-bilə çərçivəni Lunyov və ya Quqeşaşviliyə yox, təcrübəsiz Amin Ramazanova həvalə edir...

Çoxdandı "Qarabağ"ın əsas heyətində görünməyən Amin Ramazanov "Sabah"la oyunda çox inamsız təsir bağışladı. Buraxılan hər 3 qolda səhvləri olan gənc qapıçı "Qarabağ"ın məğlubiyyətində əsas pay sahibi oldu. Ümumiyyətlə sual yaranır ki, bu cür aşağı səviyyəli qapıçının "Qarabağ"da nə işi var axı... Mövzu 3-cü qapıçı olmaqdırsa, hətta 40 yaşlı Kamal Bayramov belə, Amin Ramazanovdan daha etibarlı olardı "Qarabağ"da. Amin ötən mövsüm də kobud səhvlərlə yadda qalırdı. Onun heç vaxt "Qarabağ"ın səviyyəsində qapıçı olmayacağını görmək üçün mütəxəssis olmaq lazım deyil. Fikirləşmək olar ki, hələ gəncdir. Onun kimi gənc olan Rza Cəfərov "Neftçi"nin yükünü daşıyır, Amin isə özü "Qarabağ"a yükdür.

"Qarabağ" üçün bir məğlubiyyət az, bir məğlubiyyət çox dəyişən ciddi heç nə yoxdur. Amin Ramazanovun inamsız oyunu "Sabah"la avrokubok mübarizəsi aparan komandalar üçün zərbə oldu (sportal.az).

Həmid

Избранный
254
18
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
27089
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26532
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18149
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
17888
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14479
Sabah 20 dərəcə isti olacaq
9788
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
8919
May ayında Azərbaycana qar yağdı - VİDEO
8911
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8670
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8524
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7332
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7161
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6970
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6965
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6632
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6527
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6489
Azərbaycan nefti ucuzlaşıb
6105
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6080
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5887