RU

Rusiya Sloveniya səfirliyinin əməkdaşını “persona non-grata” elan etdi

Rusiya Sloveniyanın Moskvadakı səfirliyinin bir əməkdaşını “persona non-grata” elan edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
 
Bildirilib ki, aprelin 12-də Sloveniyanın Rusiyadakı səfiri Darya Bavdaj-Kuret Rusiya XİN-ə çağırılıb və bu ölkənin Sloveniyadakı səfirliyinin əməkdaşının akkreditasiyadan məhrum edilməsi ilə əlaqədar ona etiraz edilib.
 
“Qarşılıqlılıq prinsipi nəzərə alınaraq, səfirə Sloveniyanın Moskvadakı səfirliyinin bir əməkdaşına “persona non-grata” elan edilməsi barədə nota təqdim olunub”, - Rusiya diplomatik qurumunun məlumatında qeyd edilib.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
133
6
Источники
Комментарий ()
Закрывать