RU

Gürcüstan prezidenti “Avropa ilə Rusiya arasında seçim etməyə” çağırıb...

...Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstanın xarici agentlərlə bağlı qanun layihəsini tənqid edərək bildirib ki, ölkə vətəndaşları “müstəqillik və köləlik, Avropa və Rusiya arasında” seçim qarşısındadır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri 1TV.GEyayıb.

Deməli, aprelin 9-da keçirilən tədbirdə Zurabişvili jurnalistlərin suallarını cavablandırıb.

O, bildirib ki, Gürcüstana və onun müstəqilliyinə heç nə təhlükə yaratmamalıdır.

O, xarici agentlərlə bağlı qanun layihəsinin parlamentə təqdim edilməsini hökumətin “məğlubiyyətinin ən böyük əlaməti” adlandırıb.

Zurabişvilidən sual olunub ki, qanun layihəsi qəbul olunarsa, Qərb dövlətlərinin reaksiyası necə olacaq.

O, buna proqnoz verməyəcəyini deyib.

...Qərbin reaksiyasının necə olacağını bilmirəm, amma burada əsas odur ki, biz nə istədiyimizi bilirik. Gürcüstan üçün seçim ya müstəqillik, ya köləlik, ya Avropa, ya da Rusiyadır. Nə istədiyimizi bilirik. Əgər bilmirsinizsə, öyrənin və oxuyun.

Bunu gürcü prezident bildirib.

...Yeri gəlmişkən Gürcüstan qanun layihəsində 20 faizdən çox xaricdən maliyyələşən qeyri-kommersiya təşkilatları və KİV-lərin daxil olacağı xarici agentlərin reyestrinin yaradılması nəzərdə tutulur. 2023-cü ildə etirazlar fonunda qanun layihəsi parlamentdən geri götürüldü. Aprelin 8-də “Gürcü arzusu” partiyası sənədi yenidən baxılmaq üçün təqdim edib.

Qeyd edilir ki, qanun layihəsinin mətnində demək olar ki, heç bir dəyişiklik yoxdur, lakin “xarici təsir agenti” ifadəsi “xarici gücün maraqlarını güdən təşkilat” ifadəsi ilə əvəzlənib.\

...Və Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu sənədi Rusiya ilə əlaqələndirmək cəhdlərini absurd adlandırıb. O, heç bir dövlətin daxili siyasətinə qarışmaq istəmədiyi üçün bir çox ölkələrdə xarici agentlərlə bağlı qanunların qəbul edildiyini və belə qanunu olan ilk ölkənin ABŞ olduğunu vurğulayıb.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
158
50
sia.az

10Источники