RU

Ermənistanda zəlzələ oldu

Ermənistanda zəlzələ baş verib.

Musavat.com bildirir ki, bu barədə respublikanın xilasetmə xidməti məlumat yayıb.

Qeyd olunur ki, yeraltı təkanlar saat 18:31-də qeydə alınıb. Zəlzələnin coğrafi koordinatları 40,95⁰ şimal eni və 44,06⁰ şərq uzunluğudur.

Zəlzələ Aşotsk kəndindən 19 km cənub-şərqdə qeydə alınıb, mənbə 10 km dərinlikdə yerləşib, maqnitudası 2,9 olub.

Episentrdə yeraltı təkanların gücü 4 bal olub.

Zəlzələ Şirak rayonunun Aşotsk, Musayelyan, Amasiya, Kakavasar kəndlərində 3 bal, Lori rayonunun Şirakamut və Saralanc kəndlərində isə 2-3 bal gücündə hiss olunub.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
161
50
yenisabah.az

10Источники