RU

Parlament sədri istefa verdi - Korrupsiyaya görə...

Cənubi Afrika Respublikası Milli Assambleyasının sədri Nosivive Mapisa-Nqakula istefa verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb onun barəsindəki korrupsiya ittihamlarıdır. O, müdafiə naziri olduğu dövrdə (2012-2021) rüşvət kimi milyonlarla nağd pul almaqda ittiham olunur.

Mapisa-Nqakula bildirib ki, özünü bütünlüklə ittihamlara qarşı mübarizəyə həsr etmək üçün istefa verir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
190
2
Источники
Комментарий ()
Закрывать