RU

Ermənistan Qərbi Azərbaycana çevrilir - Arutyunyan

Şübhə yoxdur ki, Ermənistanın Baş naziri Nikol Paşinyan, ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında Brüsseldə keçiriləcək görüş ilk növbədə Rusiyanı Cənubi Qafqaz regionundan çıxartmaq məqsədi daşıyır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu erməni politoloq Qagik Arutyunyan deyib.

Onun sözlərinə görə, bu görüşdən Ermənistan üçün heç bir müsbət nəticə gözləmək olmaz.

Arutyunyan hesab edir ki, Azərbaycanla münasibətlərdə, o cümlədən ərazi məsələsində yeni güzəştlər müqabilində İrəvana yeni maliyyə yardımı paketi təklif olunacaq:

"Bu, Ermənistan hakimiyyətinin niyyətidir və bu halda yeni heç nə baş verməyəcək, ölkə qazandığından daha çox itirməkdə davam edəcək".

O əlavə edib ki, İrəvanla Moskva arasında münasibətlərin ardıcıl pisləşməsi artıq ticarət-iqtisadi əlaqələrdə fəsadlara gətirib çıxarır və qarşıdan gələn görüş bu tendensiyanın yalnız davamı olacaq:

"Hakim qrup Qərb ağalarının göstərişlərinə əməl edərək, ölkəni ucuza və parça-parça satmaq və sadəcə olaraq "Qərbi Azərbaycan" adlanacaq müəyyən əraziyə çevirmək üçün hər şeyi edəcək".

O, ilin sonuna kimi ABŞ-da hakimiyyət dəyişikliyinə ümid etdiyini, bunun nəticəsində Ermənistanın özündə proseslərin başlayacağını və bunun da hazırkı hökmdarların getməsinə səbəb olacağını bildirib:

"Yalnız bundan sonra qardaş Rusiya ilə münasibətlər yenidən normallaşacaq".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
159
2
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13252
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
10413
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8914
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2793
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2376
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2123
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2009
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1802
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1515
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1440
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
928
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
667
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
658
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
606
Arda Gülər dayanmır, yenə fərqləndi -
566
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
554
Azərbaycan nefti ucuzlaşdı
500
Arda dubl etdi - VİDEO
488