RU

ABŞ Qəzzaya səmadan 50 min ərzaq bağlaması atıb

ABŞ

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Qəzzadakı hava əməliyyatı ilə bölgəyə 50 min qida bağlaması atıb.

Reyting.az
xəbər verir ki, bu barədə CENTCOM məlumat yayıb.

“ABŞ Mərkəzi Komandanlığı, davam edən qarşıdurmadan zərər çəkən mülki şəxslərə əsas yardım göstərmək üçün 31 Mart 2024-cü ildə saat 12:30-da Qəzzanın şimalında səmadan humanitar yardım əməliyyatı keçirib”,- CENTCOM qeyd edib.

Birgə əməliyyatda ABŞ Hərbi Hava Qüvvələrinə məxsus dörd “C-130” təyyarəsi və ABŞ humanitar ləvazimatlarının havadan paylanması üzrə ixtisaslaşmış ABŞ ordusunun əsgərləri iştirak edib: “C-130”-lar 50 mindən çox hazır qida paketini Qəzzanın şimalına, böyük ehtiyacı olan əraziyə atıb və mülki əhalinin kritik yardıma çatmasına şərait yaradıb.

V. QULİYEV
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
101
2
reyting.az

3Источники