“İndi Brüssel və Vaşinqtonla iqtisadi və siyasi əlaqələri dərinləşdiririk. Mən bunu dönüş nöqtəsi adlandırmazdım, biz öz təhlükəsizliyimizi təmin etməyə çalışırıq və bunun üçün Qərbdə yaxşı tərəfdaşların olduğunu görürük”.
E-huquq.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Argentinanın “Todo Noticias” telekanalına müsahibəsində deyb.
Onun sözlərinə görə, Rusiya ilə münasibətlərdə mövcud olan problemləri gizlətmək mümkün deyil:
“NATO-ya daxil olmaq niyyətinə gəlincə, yox. Bu, bu gün Ermənistanın gündəmində olan məsələ deyil. Aİ məsələsində deyə bilərəm ki, ermənilərin doğrudan da Avropa istəkləri var”.