RU

"Crocus City Hall"a keçid bağlandı

Hüquq-mühafizə orqanlarının əməkdaşları martın sonunda terror aktının baş verdiyi Moskva yaxınlığındakı "Crocus City Hall" konsert zalına keçidi bağlayıblar.

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, polis faciə baş verən yerdə gecə-gündüz növbətçilik edir və konsert salonuna keçməyə çalışan hər kəsi geri qaytarır.

Eyni zamanda, "Crocus City Hall"un yanında xilas edilə bilməyən insanların xatirəsinə abidə ucaldılıb.

Vətəndaşlar konsert salonuna gül-çiçək gətirməkdə davam edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
290
38
unikal.az

10Источники