RU

Paşinyan Tavuşdakı erməniləri “nəzarətə götürdü”: İşğaldakı kəndlərə xüsusi polis dəstəsi göndərildi

Ermənistanın baş naziri Nikol Paşinyanın Tavuşa (Dilican mahalı - red.) səfərinin nəticələri artıq üzə çıxmağa başlayır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazıb.

Belə ki, N.Paşinyan səfərindən sonra ona qarşı yerli KİV-də çıxış edən erməniləri cəzalandırmaq qərarına gəlib. Məhz bu səbəblə əraziyə - Əskipara, Bağanis (Qazax rayonunun işğal altındakı kəndləri - red.) və ətraf məntəqələrə xüsusi polis dəstələri göndərilib. Bununla Paşinyan hökuməti yerli sakinlərə gözdağı verməyə çalışır. Polislər mediaya müsahibə verən kənd sakinlərini tapıb onlarla izahat işi aparırlar və bu cür müsahibələrin yolverilməz olduğuna "inandırmağa çalışırlar".
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
42
15
milli.az

10Источники