RU

Şirvanda 9 aylıq uşaq nəfəs çatışmazlığından ÖLDÜ

Şirvanda 9 aylıq uşaq nəfəs çatışmazlığından ölüb.

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, Şirvan sakini, 2023-cü il təvəllüdlü (25.06.2023) Rzayeva Səma Hacıbala qızı nəfəs çatışmazlığı səbəbindən xəstəxanaya gətirilərkən yolda ölüb. Bundan əvvəl uşağın qızılca xəstəliyi keçirdiyi deyilir.

 

Uşağın boğulmasına səbəb kimi onun qida borusuna yad cismin düşdüyü və ya pnevmaniyanın yaratdığı bəlğəmdən boğulduğu ehtimal olunur.

 

Uşağın meyiti hazırda müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

 

Faktla bağlı Şirvan Prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
174
31

1Источники

Комментарий ()
Закрывать