RU

Erməni lobbisi növbəti “əlaltısını” ortaya atdı

Sevinc Osmanqızı Solovyovun “dəstəkçisi” qismində

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”da baş verən terror hadisəsi bir sıra məqamları ilə diqqət çəkdi. Hadisədən az sonra bəzi ermənipərəstlərin əsassız və yalan “fərziyyələrlə” Azərbaycanın adını hallandırmağa çalışması isə onların növbəti fürsətcilliyinin açıq nümayişi idi. Bu məsələdə xüsusi fəallıq göstərən Vladimir Solovyov və Marqarita Simonyan kimilərinin məqsədi bəllidir: onlara Azərbaycanı hədəfə almaq tapşırığı verilib. Məlumdur ki, yerləşdiyimiz regiona qarşı açıq təhdid və ya təxribat planlaşdıran qüvvələr məhz Solovyov kimilərinin dili ilə öz “arzu və niyyətlərini” biruzə verirlər.

Bəli, Rusiyadakı terrorda “Azərbaycanı hədəfə almaq” əmri erməni lobbisi və ermənipərəst mərkəzlər tərəfindən ortaya atılıb. Bəzi erməni təəssübkeşləri isə bu faktla özünü “yandırdı”. Məsələn, erməni yandaşı Sevinc Osmanqızı erməni pulları ilə ərsəyə gələn “Osmanqızı TV”-dəki son “çıxışlarını” Solovyovun müdafiəsinə, Azərabycana qarşı irəli sürülən əsassız və məntiqsiz iddiaların “arqumentləşdirilməsinə” həsr edib. Təbii ki, bu bir “ənənənin” davamıdır - kim Azərbaycana qarşı ittiham irəli sürür, qərəzli və ədalətsiz münasibət sərgiləyirsə, Sevinc Osmanqızı dərhal onun müdafiəçisinə çevrilir. Bu barədə kifayət qədər misal var - Paşinyanı, Sakisyanı və Koçaryanı dəstəkləyən, Azərbaycana qarşı “sanksiya tələb edən”, Azərabycana münasibətdə qeyri-hüquqi mövqe tutan Avropa Parlamentinin korrupsiya “ətirli” qətnamələrini “dəstəkləyən “ bu ermənipərəst şəxsin indi də Solovyova “qahmar çıxmaq” istəyi təbiidir.

Digər tərəfdən, Osmanqızının bu mövqeyi həm də fərqli rakursla izah edilə bilər - o baxımdan ki, bu gün separatizmi dəstəkləyən, erməniləri yenidən terrora və zorakılığa həvəsləndirən, onlara silah verən, bölgədə müharibə ab-havası yaratmaşq istəyən Fransa Osmanqızı üçün mühüm mahiyyət kəsb edir. Əslində, Osmanqızının Solovyovu dəstəkləməsi aprelin 5-də baş tutacaq Aİ-ABŞ-Ermənistan görüşünün “informasiya dəstəyi” də sayıla bilər. Bu görüşdən maksimum yararlanmağa çalışan erməni lobbisi öz əlaltısı olan Osmanqızıdan bu şəkildə “bəhrələnir” - Solovyovun yalanlarını Sevincin əli, daha doğrusu “dili” ilə tirajlamaqla. Burada əsas məqsəd isə bu yalanları daha çox gündəmə gətirmək və indiki məqamda diqqəti Ermənistana hərbi yardımdan yayındırmaqdır.

Osmanqızının bu xidməti isə təbii ki, qarşılıqsız deyil. onsuz da onu maliyyələşdirən mənbələr dolayısı ilə Solovyovu maliyyələşdirən erməni lobbisi ilə analogiya təşkil edir. Hər iki şəxs erməni təbliğatının uğursuz “təkərləridir”. Bu mənada verilən direktivlərin, tezislərin də eyniliyi təəccüb doğurmamalıdır...

MƏNSUR

Избранный
70
50
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3518
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3472
Bu yol qovşağında təmir işləri aparılacaq
2933
Bakıda hoteldə yanğın başlayıb
2562
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1569
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1512
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1480
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1339
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1162
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1142
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1074
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
984
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
983
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
864
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
845
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
833
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
826
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
808
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
785
Sabah 5 kəndin qazı kəsiləcək
749