RU

Hacıbaba Hüseynovun nəvəsi: "Cürətləri yox idi babamın üzünə söz desinlər”

“Asəf Zeynallı adına musiqi məktəbinin xanəndəlik sinfini bitirmişəm. Ondan əvvəl Tofiq Quliyev adına musiqi məktəbində təhsil almışam. O vaxt Muğam müsabiqəsinə sənədlərimi vermək istəyirdim. Dedilər ki, yaxşı olar ki, müsabiqəyə getmə. Səbəbini soruşanda isə sadəcə dedilər ki, sənədlərini verməsən yaxşı olar. Xəbərim yox idi orada nələr baş verir?! Dedilər ki, bilsələr ki, sən Hacıbaba Hüseynovun nəvəsisən, müsabiqədə qalmağına imkan verməyəcəklər. Sözün düzü həvəsdən düşdüm. Hansı ki, həvəslə hazırlaşırdım. Bir çox sənətkarlar babamın üzünə gülürdülər, ürək edib üzünə söz deyə bilmirdilər. Mənim babam sənətdə kişi kimi ad qoyub getdi. “O səs Türkiyə” musiqi yarışmasına sənəd vermişdim. Toyuma 5 gün qalmış cavab gəldi ki, iştirak etmək üçün Türkiyəyə gəlin. Ya gərək toyu təxirə salardım, ya da müsabiqəni. Müsabiqəni təxirə saldım”
 
Bunu Moderator.az-a böyük sənətkar, xalq artisti Hacıbaba Hüseynovun nəvəsi Fatimə Hüseyn deyib. O daha sonra əlavə edib.
 
 
“Sonradan həyat yoldaşım sənətdə olmağımı istəmədi. Mən də sənətimə son qoydum. İndi icazə versə belə istəmərəm ki, sənətə qayıdım. Həqiqətən də o qədər biyabırçılıqdır ki. Utancvericidir! Bu günki müğənnilərin yerinə çox utanıram! Müğənni var ki?! Kimə müğənni deyəsən?! Mən cavanları nəzərdə tuturam. İndiki müğənnilərlə adımın hallanmağını, eyni səhnəni paylaşmağımızı istəməzdim. Bu sənət gözəl sənətdir. Amma nə qədər yaxşı olursan ol, yaxşı olsan belə pislərlə eyni tərəziyə qoyulacaqsan. Mən bunun şahidi oldum. Kaş həkimlik yaxud da başqa sənətdə olardım. İstəsən belə heç kimi inandıra bilməzsən ki, mən öz gücümə qabağa gedirəm. Sənətin bu qədər ucuzlaşacağını bilsəydim, sənətə, istedada deyil də başqa şeylərə önəm veriləcəyi bir zaman gəlib çıxacağımızı bilsəydim qətiyyən sənətə addım atmazdım. Sadəcə olaraq anam çox istəyirdi ki, babamın sənəti yaşadılsın, davam etdirilsin” deyə sənətkarın nəvəsi deyib.
 
Fatimə Hüseyn babası Hacıbaba Hüseynovun bu gün layiqincə dəyərin verilməməsindən narahatdır.
 
“Bəzən yada salırlar, mahnıları efirdə ifa olunur. İndi o qədər oxuyan, müğənni var ki, heç köhnə xanəndələr, korifeylər yada düşmür. Heç kimə maraqlı deyil. Çünki aparıcılara, jurnalistlərə reytinq lazımdır. Biz heç kimi qınamırıq. Tələbat indi cavan müğənnilərədir” deyə o bildirib.
 
Избранный
57
1
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
17116
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
16742
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16002
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
14187
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
13151
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9995
Çingiz Mustafayevin toyudur - FOTOLAR
8595
"Zaur, yenə çaşdın..." - VİDEO
8119
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
6726
Minimum əmək haqqı nə qədər arta bilər?
6301
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5731
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
5723
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5544
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
4940
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4776
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4469
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4457
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi - FOTO
3458
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3416