RU

Qobustan sakini: “Evimi yandırmaq istəyirlər, burada yaşamağa qorxuruq” - FOTO

“Tanımadığımız şəxs gündüz vaxtı evimizi yandırmağa cəhd göstərib. İndi burada yaşamağa qorxuruq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Qaradağ rayonunun Qobustan qəsəbə sakini Fərhad İsayev deyib. 

Şikayətçi iddia edib ki, martın 11-də kimsə evlərinə girərək yanğın törətmək istəyib, lakin qonşulardan birinin müdaxiləsi ilə hadisənin qarşısı alınıb: 

“Hadisə vaxtı mən evdə olmamışam. Anam olub, o da yaşlı qadındır. Kimsə evimizi yandırmaq istəyib, amma buna nail ola bilməyib. Sadəcə evin girişindəki pərdə yanıb. Qonşunun müdaxiləsi ilə yanğının böyüməsinin qarşısı alınıb. Hadisəni törədən şəxs isə avtomobillə ərazidən uzaqlaşıb”.

Vətəndaş bildirib ki, hadisəni törədənin kim olduğu və bunu hansı məqsədlə etdiyi bilinmir: 

“Bu hərəkətin hansı məntiqə sığdığını anlamırıq. Bizə yalnız qaçan şəxsin avtomobili bəllidir. Kamera görüntülərinə düşən avtomobilin seriya nömrəsini 11-ci Polis Şöbəsinə verərək şikayət etmişik”. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu göndərilib. DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı bildirib ki, Qaradağ rayon sakini F.İsayev Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək martın 11-də yaşadığı evin giriş hissəsinin yandırılmasını və nəticədə ona maddi ziyan dəyməsi ilə bağlı müraciət edib: 

“Vətəndaş hadisəni törətməkdə şübhələndiyi şəxs barədə də polisə məlumat verib. Araşdırma zamanı hadisə şahidləri və ev sahibinin şübhələndiyi şəxs dindiriliblər, lakin hadisənin həmin şəxs tərəfindən törədilməsi faktı təsdiqini tapmayıb. Hazırda F.İsayevin müraciəti əsasında araşdırmalar davam edir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
24
3
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
19537
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
13310
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10520
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
5087
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
5030
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3729
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3459
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2908
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2602
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2247
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1713
Azərbaycan nefti ucuzlaşdı
1207
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1087
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1058
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
1037
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1025
Mayın ilk gününün havası açıqlanıb
984
Arda dubl etdi - VİDEO
866
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
836