"Rusiya Federasiyası İsrailin Suriyaya qarşı təxribat xarakterli hərbi hərəkətlərini qəti şəkildə pisləyir. Onlar təhlükəli nəticələrlə doludur".
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"İsrailin Suriyaya endirdiyi zərbələr ölkənin suverenliyini və beynəlxalq hüququ kobud şəkildə pozur", - deyə o bəyan edib.
Turan İSMAYIL