“Əl-Hilal”ın hücumçusu Neymar “Barselona”ya qayıtmaq istəyir.
KONKRET.az xəbər verir ki, futbolçu sağaldıqdan sonra keçmiş komandasına qayıtmağı düşünür.
Ancaq klublar müqavilə üçün hələki danışıqlara başlamayıb.
Qeyd edək ki, brazilyalı futbolçu 2013-2017-ci illərdə “Barselona”da çıxış edib.
Neymar “Əl-Hilal”ın heyətində iştirak etdiyi 5 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Ariz Həsənoğlu,
KONKRET.az