RU

Fransanın atdığı addımlar Cənubi Qafqazda vəziyyətin gərginləşməsinə xidmət edir -Soltan Məmmədov/EKSKLÜZİV

“Təəəssüf ki Fransanın Azərbaycana qarşı qərəzli siyasəti artıq sistemli xarakter daşıyır. Fransanın baş naziri Qabriel Attal Erməni Təşkilatlarının Əlaqələndirmə Şurasının tədbirində Azərbaycana qarşı və Ermənistanı birtərəfli qaydada müdafiə edən əsassız iddialar da bunu bir daha təsdiq edir”.

Bu fikirləri “İki sahil”ə eksklüziv açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Fransa kimi ölkələr Azərbaycana öz maraqlarını diktə etməyin mümkün olmadığını başa düşməlidirlər

Millət vəkili vurğulayıb ki, Fransa hökumətinin Cənubi Qafqazla bağlı siyasəti regionda sabitliyi pozmağa, gərginlik yaratmağa hesablanıb. Azərbaycanın müstəqil siyasət yürütməsi, bəzi ölkələri, o cümlədən Fransanı narahat edən əsas məqamlardan biridir: “Bu gün bizim ölkəmiz regionda tamamilə müstəqil siyasət yürüdür, xüsusilə beynəlxalq əhəmiyyətli məsələlərdə öz milli maraqlarına uyğun qərarlar qəbul edir. Eyni zamanda, Azərbaycanın uzun illərdən sonra öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi də bəzi dövlətlərin narahatlığına səbəb olur. Azərbaycanla təzyiq və təhdid dili danışmaq mümkün deyil. Ona görə də, Fransa kimi ölkələr Azərbaycana öz maraqlarını diktə etməyin mümkün olmadığını başa düşməlidirlər”.

Rəsmi Paris Cənubi Qafqazla bağlı siyasətinin uğursuzluğun məsuliyyətini başqalarının üzərinə atmaq istəyir

Deputat xatırladıb ki, Fransanın “Le Fiqaro” qəzeti Makronun ermənilərin taleyinə səmimi olaraq biganə yanaşmayan yeganə lider olduğunu, amma Fransanın təşəbbüslərinin nəticə vermədiyini yazıb. Məqalədə Fransanın Qarabağa dair təşkil etmək istədiyi konfransın ABŞ-ın etirazı səbəbindən  baş tutmadığı, Makronun “erməni məsələsini” Roma Papası ilə də müzakirə etmək istəyinin də dəstək almadığı qeyd olunur: “Hökumətə yaxınlığı ilə seçilən bir qəzetdə belə bir materialın getməsi, onu deməyə əsas verir ki,Fransa hökuməti Cənubi Qafqazla bağlı siyasətinin uğursuzluğun məsuliyyətini başqalarının üzərinə atmaq istəyir. İstənilən halda bu həm də, Fransanın xarici siyasətində üzləşdiyi ardıcıl məğlubiyyətlərin etirafı kimi qiymətləndirilə bilər”.

S.Məmmədov vurğulayıb ki, Fransanın atdığı addımlar Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə xidmət edir, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına, iki ölkə arasında münasibətlərin normallaşmasına maneə yaratmaq məqsədi daşıyır.

Yaqut Ağaşahqızı, “İki sahil”

Избранный
44
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18901
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
18869
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17990
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17277
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15789
Çingiz Mustafayevin toyudur - FOTOLAR
15430
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15179
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15018
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11488
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11103
"Zaur, yenə çaşdın..." - VİDEO
8707
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7778
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7151
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7037
Minimum əmək haqqı nə qədər arta bilər?
6933
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6696
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
5904
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5853
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5614