RU

Bakıda velosiped sürücüsü təhlükə saçdı - VİDEO

Bakıda velosiped sürücüsü piyadalar üçün təhlükəli anlar yaşadıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə paylaşılıb. 

Belə ki, velosipedçi idarə etdiyi nəqliyyat vasitəsi ilə Dağüstü park ərazisindəki pilləkənləri sürətlə enib. Tahir adlı şəxsin dağ velosipedçiliyi idman növü üzrə peşəkar velosiped sürücüsü olduğu bildirilib.

Görüntülər bu idman növünü sevən və adrenalin həvəskarlarının rəğbətinə səbəb olsa da, parkda istirahət edən insanların narazılığına səbəb olub. 

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis mayoru Fuad Sultanov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bu, Yol hərəkəti haqqında qanunun müvafiq maddəsi ilə tənzimlənir:

“Qanunun 38-ci maddəsi özündə velosipedçinin vəzifələrini ehtiva edir. Maddədə qeyd edilib ki, mühərriksiz velosipedi idarə edən şəxs xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda isə yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə hərəkət etməli və bunun üçün texniki cəhətdən saz və lazımınca təchiz olunmuş velosipeddən istifadə etməlidir. Eləcə də velosipedi idarə etməyə mane olan yük və ya sərnişin daşımamalıdır.

Lakin sözügedən görüntülərdəki vəziyyət İnzibati Xətalar Məcəlləsinin 338.4 maddəsi (Velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına) əsasən tənzimlənir və 40 manat məbləğində cərimə nəzərdə tutulur”.

Könül Cəfərli

Избранный
33
50
Источники
Комментарий ()
Закрывать

Рейтинг

“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3348
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3176
Bu yol qovşağında təmir işləri aparılacaq
2574
Bakıda hoteldə yanğın başlayıb
2272
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1370
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1369
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1221
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1221
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1060
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1041
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
870
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
826
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
798
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
756
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
735
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
724
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
722
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
713
Sabah 5 kəndin qazı kəsiləcək
678
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
622