RU

"Zaxarovanın fikri müttəfiqlik münasibətlərimizə kölgə salacaq hərəkətdir" - Politoloq

"Rusiyanın Azərbaycanla 2022-ci ilin 22 fevralında qarşılıqlı müttəfiqlik anlaşması var. Həmin anlaşmanın şərtinə əsasən, hər iki tərəf - həm Azərbaycan, həm də Rusiya bir-birinə qarşı hər hansı bir təhdid yaradacaq hərəkətlərə yol verməməlidir. Əgər bundan sonra Rusiya Ermənistana müxtəlif formada silah-sursatın ötürülməsini həyata keçiribsə və yaxud da keçirsə, Azərbaycanın da haqqıdır ki, öz dostlarıyla, tərəfdaşlarıyla, müttəfiqləriylə bu və ya digər formada bu prosesi həyata keçirsin".

Bu sözləri Redaktor.az-a açıqlmasında politoloq Samir Hümbətov Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın "Rusiya Bakının Kiyevi silahla təmin etməsi ilə bağlı məlumatları yoxlayır" fikrini şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan Ukraynanı silahlandırmır:

"Azərbaycan təqribən dörd dəfə Ukraynaya humanitar yardım göndərib. Burada generator, dərman preparatları, ərzaq, çadır var idi. Gücü çatdığı qədər, nəyə imkanı çatırsa, dövlət olaraq bu yardımı Ukraynaya edib və Prezident İlham Əliyev də həm Zelenski ilə görüşdə deyib, həm də elə xarici işlər nazirləri səviyyəsində keçirilən telefon danışıqlarında bu məsələlər müzakirə olunub. Hətta axırıncı dəfə NATO baş katibinin Azərbaycana səfərində bu məsələyə toxunuldu. Amma Azərbaycan Ukraynaya hər hansı formada silah ötürmür. Rusiyanın ola bilsin ki, hansısa formada öz ağlına gələ bilər ki, Azərbaycan bunu eləyir. Birincisi, onu yoxlamaq üçün Rusiyanın ixtiyarı yoxdur ki, hansısa formada yoxlaya. Amma hətta yoxlasa belə Azərbaycan silah ötürmür, Azərbaycan silah ötürsə, onu açıq şəkildə bildirər. Yəni burada problemli bir şey yoxdur. Hətta bəzən sosial şəbəkələr üzərində bu humanitar yardım içərisinə nələrin daxil olduğu da siyahı olaraq paylaşılmışdı. Azərbaycan ona humanitar yardım göstərib. Bu da beynəlxalq hüququn insani cəhətdən, həm də beynəlxalq humanitar yardımın norma və prinsiplərinə uyğun olduğu üçün Azərbaycan bunu həyata keçirir və bundan sonra da hesab edirəm ki, bunu həyata keçirəcək. Burada hər hansı formada qəbahət yoxdur. Rusiyaya qarşı hər hansı fikir nəzərdə tutulmur. Zaxarova anlamır ki, Azərbaycanın göndərdiyi humanitar yardımdır və onu bu gün də davam etdirir. Düşünürəm ki, Zaxarovanın fikrinin hər hansı bir nə siyasi, nə hüquqi əsası yoxdur. Əksinə, Zaxarovanın fikri müttəfiqlik münasibətlərimizə kölgə salacaq hərəkətdir".

Həmidə İBRAHİMLİ

Избранный
58
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18249
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17594
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16815
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15312
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14329
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
13792
Çingiz Mustafayevin toyudur - FOTOLAR
12861
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
12297
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10764
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
10642
"Zaur, yenə çaşdın..." - VİDEO
8456
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7405
Minimum əmək haqqı nə qədər arta bilər?
6626
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6562
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6166
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5284
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5223
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4863
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
4856