RU

Azərbaycanda taksilərlə bağlı yeni tələb avtomobil bazarına necə təsir edəcək?

Nazirlər Kabinetinin təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”ə əsasən, Azərbaycanda dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Üstəlik, bundan sonra taksilər ağ və yaxud qırmızı rəngdə olmalıdır.

Bu isə avtomobil bazarı üçün ciddi siqnaldır.

Çünki, hazırda ölkədə taksi xidməti göstərmək üçün istifadə olunan minik avtomobillərinin, xüsusilə geniş yayılmış “Toyota Prius”ların əksəriyyətinin istehsal ili 2009-cu ilə qədərdir, yəni yaşları 15 ildən çoxdur. Artıq həmin nəqliyyat vasitələrinin kütləvi şəkildə satışa çıxarılması müşahidə edilir. Bu tendensiya yəgin ki, taksidə istifadə olunan digər markalı maşınları da əhatə edəcək. 

FED.az xəbər verir ki, "Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev deyir ki, məlum qərar artıq taksi üçün işə yaramayan köhnə minik avtomobillərini kəskin ucuzlaşdıracaq: "Məsələn, “Toyota Prius”ların qiyməti 40-50 % aşağı düşə bilər. Tədricən isə onlar da daxil olmaqla köhnə maşınların dövriyyədən çıxdığını, yeni maşınlara, xüsusilə yerli istehsal nəqliyyat vasitələrinə tələbatın artdığını görəcəyik. Bu da ekoloji təmizlik baxımından yaxşıdır, çünki yaşı çox olan avtomobillər ekologiyaya çox böyük ziyan vurur".

Azərbaycana avtomobil idxalı ilə məşğul olan iş adamı Elnar Rzazadə isə hesab edir ki, yeni tələb ölkədə minik avtomobillərinin sayını artıracaq: “Azərbaycanda nəinki ili köhnə olan, hətta təzə olan, amma rəngi ağ və yaxud qırmızı olmayan avtomobillər də münasib qiymətə satışa çıxarılacaq və kimlərəsə (indiyə qədər maşını olmayan şəxslərə) satılacaq. Yəni, köhnə maşınlar istənilən halda ölkədə daxilində qalacaq, maşınını satmış şəxslər isə gedib yeni, rəngi uyğun olan nəqliyyat vasitələri alacaqlar və beləliklə minik avtomobillərinin sayı artacaq".

Avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərli isə hesab edir ki, hökumətin qərarı avtomobillərin qiymətlərinə ciddi təsir etməyəcək: "Məncə, avtomobil bazarında ucuzlaşmadan danışmaq hələ tezdir. Bu qərarın bazara aidiyyəti yoxdur və qiymətlərə təsiri olmayacaq". (Report)

Избранный
108
39
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
14288
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
13647
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
13373
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
11878
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
9619
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
8239
"Zaur, yenə çaşdın..." - VİDEO
7383
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5545
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
3730
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
3703
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
3465
Elçin boşandığını etiraf etdi - FOTOLAR
3365
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3265
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
2983
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
2965
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
2813
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2765
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2687
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2537