RU

Səttar Möhbalıyev: “Soyqırımı qurbanları və bütün şəhidlərimizin ruhu bu gün şaddır”

“Tariximizin unudulmaz səhifələrindən biri də 1918-ci ilin mart-aprel hadisələridir. Məhz həmin dövrdə 30 mindən çox azərbaycanlı erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Bu da, təbii ki, erməni millətçilərinin uydurduqları, heç vaxt mövcud olmayan “Böyük Ermənistan” ideyasının gerçəkləşdirilməsi cəhdləri idi. Bu çirkin siyasət tarix boyu soydaşlarımıza qarşı etnik təmizləmələrə, deportasiyalara və soyqırımılara səbəb olmuş və tarixin müəyyən mərhələlərində özünü göstərmişdir. Qeyd etdiyimiz dövrdə də erməni millətçiləri yaranmış vəziyyəti tarixi fürsət bilərək belə qanlı hadisələrə əl atdılar. Məhz etnik və dini mənsubiyyət səbəbindən təkcə Bakı quberniyasında on minlərlə dinc sakin işgəncələrə məruz qalmış və vəhşicəsinə qətlə yetirilmişdir. Soyqırımı Bakı ilə yanaşı, həm də Qarabağda, Naxçıvanda, Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Salyanda, Zəngəzurda da törədilmişdir. Həmçinin 10 minlərlə dinc sakin öz torpaqlarından didərgin düşmüşdür”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, mart hadisələri zamanı eləcə də yaşayış məntəqələri, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar da dağıdılmışdır: “Yəni bu əməllər erməni millətçilərinin xain xislətinin, vəhşi təbiətinin təzahürləridir ki, gözlərinə görünən, qarşılarına çıxan hər şeyi məhv edirlər. Qocalara, qadınlara, uşaqlara belə rəhm etməyən cəlladlar hətta insanlığa sığmayan ən qəddar üsullara da əl atıblar. Bunu Quba qırğını bir daha sübut edir. Belə ki, orada aşkarlanan kəllə və digər insan sümüklərində güllə yeri yoxdur. Demək olar ki, onların hamısı balta, xəncərlə öldürülüb, başları bədənlərindən qopardılıb. Bəzi kəllə sümüklərində mismarlar da aşkarlanıb. Bu, bir daha həmin hadisələrin hansı qəddarlıqla törədildiyini gözlər önünə sərir”.
“Məlumdur ki, sovet hakimiyyəti illərində çox çalışdılar, əllərindən gələni etdilər ki, erməni cəlladlarının törətdikləri soyqırımıları, qətliamları tarixdən silsinlər, insanlara unutdursunlar. Təbii ki, bu cəhdlərin hamısı faydasız oldu. İmperiya dağıldıqdan sonra isə pərdələr qalxmağa başladı, haqq-ədalət öz yerini tapdı. Məhz dövlətimizin banisi Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımıların ilk dəfə rəsmi şəkildə adı çəkildi, erməni şovinistlərinin soydaşlarımıza qarşı nümayiş etdirdikləri etnik düşmənçilik siyasətinin kökləri açıldı, bu tipli məkrli, qeyri-insani əməllər öz siyasi qiymətini aldı. Eləcə də Fərmanla 31 mart günü Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Habelə bu Fərman soyqırımı ilə bağlı yeni araşdırmalara yol açdı, həmin tarixin öyrənilməsi ilə bağlı əhəmiyyətli işlər görüldü”, – AHİK sədri qeyd edib.
“Mən dövlətimizin başçısı cənab İlham Əliyevin sərəncamı ilə Qubada “Soyqırımı memorial kompleksi“ yaradılmasını xüsusilə vurğulamaq istərdim. Bu addım soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, baş verən qanlı hadisələrin beynəlxalq ictimaiyyətə çatdırılması, gələcək nəsillərə ötürülməsi baxımdan son dərəcə əhəmiyyətlidir. Görürük ki, ölkəmizə gələn xarici qonaqlar, turistlər, həmçinin vətəndaşlarımız, xüsusilə məktəblilər kompleksi ziyarət edir və dolğun məlumatlar toplayırlar. Biz bu tarixi unuda bilmərik, onu daim yaşatmalıyıq və təbliğ etməliyik. Hər il Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində dövlət orqanlarında, ictimai təşkilatlarda, elm və təhsil müəssisələrində tədbirlər təşkil edilir. Nəzərinizə çatdırım ki, ölkəmizin həmkarlar ittifaqları da Soyqırımı Günü ilə əlaqədar tədbirlər keçirir, soyqırımı qurbanlarının xatirəsi dərin hörmətlə anılır“, – Milli Məclisin deputatı bildirib.
“Tarix boyu soyqırımılara, qətliamlara əl atan, dinc sakinləri qətlə yetirən, ərazilərimizdə vandalizm törədən, torpaqlarımızı işğal edən düşmənin cavabı layiqincə verildi. Həm cəmi 44 gün davam edən Vətən müharibəsində, həm ondan sonra həyata keçirilən bir sıra lokal hərbi əməliyyatlarda, həm də Qarabağdakı bir sutkadan da az müddətdə baş tutan antiterror tədbirlərində bütün şəhidlərimizin, soyqırımı qurbanlarının qisası döyüş meydanında misli ilə alındı. Fəxarətlə deyə bilərik ki, bu gün onların ruhu şaddır, çünki canlarını fəda etdikləri Vətən torpağı tam azaddır”, – Səttar Möhbalıyev əlavə edib.

Избранный
90
9
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
15685
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
15466
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15251
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
13095
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
11643
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9324
"Zaur, yenə çaşdın..." - VİDEO
7762
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5929
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
5676
Elçin boşandığını etiraf etdi - FOTOLAR
4883
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4748
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4344
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4151
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3981
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3194
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3178
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2931
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2926
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2762