RU

Taksi sürücüləri yeni qərara etiraz edir – "Onsuz da şirkətlər belimizi qırırdı"

Taksi sürücüləri yeni qərara etiraz edir – "Onsuz da şirkətlər belimizi qırırdı"

Nazirlər Kabineti taksilərlə bağlı yeni dəyişikləri təsdiqləyib və elə həmin gündən, yəni martın 27-dən ciddi müzakirələr başlayıb.

Müzakirələr əsasən taksilərə dair tələblərə yönəlib.

Yeni qərara görə, buraxılış tarixi 15 ildən çox olan avtomobillərin taksi fəaliyyətinə qadağa qoyulur. Bu isə o deməkdir ki, ölkədə taksi kimi istifadə olunan maşınların əksər hissəsi öz fəaliyyətinə yekun vuracaq. Çünki hazırda taksi xidmətlərində istifadə edilən avtombillərin çox hissəsinin buraxılış tarixi 15 ildən çoxdur.

Taksi fəaliyyəti ilə məşğul olan vətəndaşların bu məsələyə və ümumən yeni dəyişikliklərə münasibəti necədir?

Yenisabah.az taksi sürücülərinin rəyini öyrənib.

Cavablardan belə qənaətə gəldik ki, sürücülərin bir çoxu yeni qərardan kəskin narazıdır.

Tanınmış taksi şirkətlərinin biri ilə əməkdaşlıq edən və öz şəxsi maşını ilə fəaliyyət göstərən Elnur Tağıyev deyib ki, bu qərar taksilərə ciddi zərbə vuracaq.

"Onsuz da şirkətlər belimizi qırırdı. Elə gün olub ki, gündəlik planı ödəmək üçün 18-20 saat işləmişəm. Maşınım 2006-nın "Prius"udur. Belə çıxır ki, mən daha taksi kimi işləyə bilmərəm. Nə etməliyəm? İllərdir bu işdə çalışıram, yaxşı-pis ailəmizi dolandırıq. Əlimdə elə bir pul da yoxdur ki, gedim təzə maşın alım".

Şirkətdən icarə maşın götürdüyünü deyən sürücüsü Mahir Quliyev isə yeni maşınların icarə haqlarının artırılacağından narahatdır.

"Hər gün maşın götürüb taksi kimi işlədirəm, bu sərf eləyir. Amma indi köhnə maşınlar yenisi ilə əvəz olunsa, yəqin ki icarə qiymətləri qaldırılacaq. Bu isə artıq işimizi çətinləşdirəcək, qazanc azalacaq".

İllərdi taksi sürücüsü kimi çalışan Əliheydər Babayev bundan sonra "ənənəvi taksi" fəaliyyəti ilə məşğul olacağını deyib.

"Əvvəllər bu şirkətlər yox idi, müştəri ilə aramızda danışıb razılaşırdıq. Soruşursuz ki, indi neyləyəcəm? Heç nə, Bakı-Sumqayıt arasında "manatlıq" taksilik edəcəm. Mənim imkanım yoxdur ki, gedim təzə maşın alım sürüm. Təzə maşın almağa pulum olsa, taksidə niyə işləyim?!"

Избранный
24
50
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
17699
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17384
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16398
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
14862
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
13847
Çingiz Mustafayevin toyudur - FOTOLAR
11264
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10386
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
9790
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
9733
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
9619
"Zaur, yenə çaşdın..." - VİDEO
8333
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7178
Minimum əmək haqqı nə qədər arta bilər?
6528
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6208
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5906
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4989
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4902
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4727
22 yaşlı Könülü boğazında naqillə basdırıblar... - Foto
4047