RU

Nizami rayonunda 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib

Nizami rayonunda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP Nizami rayon təşkilatının üzvləri, ictimai təşkilatların rəhbərləri, tarix müəllimləri və şagirdlər iştirak ediblər.

Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Soyqırımı qurbanlarının, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirələrinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov çıxış edərək bildirib ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirmiş, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər.
Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratmış, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır. Yalnız 80 il sonra – 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.
Qeyd olunub ki, ötən illər ərzində aparılmış araşdırmalar sayəsində soqırımla bağlı çoxlu sayda yeni faktlar və sənədlər toplanmış, Quba şəhərində kütləvi məzarlıq aşkar olunmuş, həmin ərazidə Quba Soyqırımı Memorial Kompleksi yaradılmış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 2013-cü il sentyabrın 18-də Kompleksin açılışı həyata keçirilmiş, həmçinin 2018-ci il yanvarın 18-də möhtərəm Prezidentimiz tərəfindən “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalanmışdır.
Tədbirdə həmçinin YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, 220 saylı məktəb-liseyin tarix müəllimi Şərəf Əliyeva çıxış edərək soyqırımı hadisələri ilə bağlı bir sıra faktlar söyləyiblər.
Tədbir müzakirələrlə davam etdirilib, xüsusilə vurğulanıb ki, erməni millətçilərinin soyqırım siyasəti xalqımızın milli vətənpərvərlik ruhunu heç zaman sarsıda bilməyib, əksinə ümumi düşmənə qarşı mili birlik və intiqam hisslərini daha da artırıb. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin səriştəli diplomatiyası, qətiyyəti və böyük sərkərdəlik qabiliyyəti sayəsində Azərbaycanın tam ərazi bütövlüyü təmin edilib, tarixi qələbəmizlə erməni millətçiliyinə, onun şovinist soyqırım siyasətinə sarsıdıcı zərbə vurulub.

image-img-20240329-wa0048 image-img-20240329-wa0047 image-img-20240329-wa0046 image-img-20240329-wa0045

Избранный
54
50
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
17593
Azərbaycanda 22 yaşlı tələbəni öldürməkdə şübhəli bilinən şəxsin görüntüləri yayıldı
14359
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
12584
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
7747
May ayında Azərbaycana qar yağdı - VİDEO
7524
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
6887
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6826
Sabah 20 dərəcə isti olacaq
5971
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
5657
Zaur Baxşəliyevin ailəsində xoş gün!
5642
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
5493
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
5470
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
5391
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
5163
Bu yol qovşağında təmir işləri aparılacaq
5155
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
4642
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
4537
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
4497
Azərbaycan nefti ucuzlaşıb
4328
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
4242