RU

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

ABŞ-ın

Bakı, 29 mart, AZƏRTAC

ABŞ-ın Ukraynaya yardım üçün ayırdığı vəsaitin ümumi məbləği azı 113 milyard dollar təşkil edib. Bu barədə “Fox News” kanalı Ağ evin İdarəetmə və büdcə idarəsinin rəhbəri Şalanda Yanqın əlində olan məktuba istinadla məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, senator Ceyms Devid Vensin (Ohayo ştatından, respublikaçı) sorğusuna cavab olaraq göndərilmiş sənədə əsasən, Ukraynada müharibə başlayandan bəri ABŞ Konqresi Kiyevi çox zəruri təhlükəsizlik, iqtisadi və humanitar yardımla təmin etmək üçün əlavə 111 milyard dollar vəsait ayırıb. Məqsədli olmayan fondlardan daha 2,4 milyard dollar Ukraynanın xeyrinə yenidən bölüşdürülüb. İdarəetmə və Büdcə Ofisinin məlumatına görə, əsas yardım paketlərinə əlavə olaraq, Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) 2022 və 2023-cü maliyyə illərində müvafiq olaraq səhiyyə və səfirliklərin fəaliyyətlərini təmin etmək məqsədilə əməliyyatları üçün 145 milyon dollar və 189 milyon dollar göndərib.

Telekanalın xəbərində göstərilir ki, silah və sursatların dəyişdirilməsi xərcləri nəzərə alınarsa, ümumi məsrəflər xeyli yüksək ola bilər.

ABŞ Administrasiyası daha əvvəl Konqresə oktyabrın 1-də Birləşmiş Ştatlarda başlayan 2024-cü maliyyə ilində ilk növbədə İsrail və Ukraynaya kömək etmək, həmçinin Asiya-Sakit okean regionunda Çin və Rusiyaya qarşı mübarizə məqsədilə əlavə büdcə ayırmaları üçün sorğu göndərmişdi. Ümumilikdə, Prezident Cozef Baydenin rəhbərlik etdiyi icra hakimiyyəti bu məqsədlər üçün təxminən 106 milyard dollar ayrılmasını istəyir.

Müraciətin və alternativ qanun layihələrinin sonrakı taleyi qeyri-müəyyən olaraq qalır. Nümayəndələr Palatasında və Senatda olan bir sıra respublikaçılar son aylarda Kiyevə maliyyə dəstəyinin davam etdirilməsinin əleyhinə çıxış ediblər. Aşağı palatanın spikeri Mayk Conson (Respublikaçı-Luiziana) ardıcıl olaraq Ukraynaya əlavə yardımı ABŞ-ın cənub sərhədində nəzarətin gücləndirilməsi ilə əlaqələndirmək niyyəti barədə xəbərdarlıq edib.

Fevralın 13-də Senat bir sıra respublikaçıların dəstəyi ilə Ukrayna, İsrail və Tayvana 95 milyard dollarlıq yardım ayrılmasını nəzərdə tutan qanun layihəsinin alternativ variantını qəbul edib. Lakin bu paket sənədində cənub sərhədində nəzarətin gücləndirilməsi ilə bağlı müddəalar yoxdur. Fevralın 15-də isə Nümayəndələr Palatası qanun layihəsinə səs vermədən iki həftəlik fasilə elan edib.

Избранный
163
49
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
25818
Cavid Gülün həyat yoldaşı gözəlliyi ilə heyran etdi - FOTO
16756
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
16034
Bakıda hoteldə ölən dostlarla bağlı DETALLAR: Viskini içdikdən sonra... - FOTO
13905
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
11982
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Saat 12-dən başlayaraq...
11317
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
10771
İbrahim Tatlıses Azərbaycanda çəkilən görüntülərinə görə əsəbiləşdi - VİDEO
10515
Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb – FOTO
9975
Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı - VİDEO
9288
Bakıda anasını dostuna qısqandı, dəhşət saçdı - TƏFƏRRÜAT
7104
Səidə Sultan klipi üçün lüt soyundu
7015
Namiq Qaraçuxurlu başına gələn QƏZADAN DANIŞDI — VİDEO
6122
Elcan Rəsulov xəstəxanalıq oldu - FOTO
5889
Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
5518
Anası ilə dostunun sevgi münasibətlərinin olmasından şübhələnib dəhşət saçdı - VİDEO
5469
Talıb Tale evlənir
5116
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: Arvadının anlaqsız olması...
4715
Avtomobil sahiblərini məyus edəcək xəbər: Bu maşınlar qadağan ediləcək
4503
Azərbaycanın məşhur iş adamına ağır itki - FOTO
4148