RU

Azərbaycanda aparıcının evini yandırıblar? – DİN-dən hadisə ilə bağlı RƏSMİ CAVAB – FOTO/VİDEO

Aparıcı Şəbnəm Naibli evinin yandırıldığını iddia edib.

Sosial şəbəkədə video yayımlayaraq hadisənin qəsdən törədildiyini və kiminsə bununla ona gözdağı vermək istədiyini qeyd edib. Hadisənin 5 gün əvvəl yaşandığı vurğulanıb:

“Martın 24-də evim yandırıldı. Hansı ki, o mənzildə anam, bacım və 4 yaşlı oğlum var idi. Bu hadisədən bir həftə əvvəl tanımadığımız bir şəxs həyətimizə girirdi. Bu cinayəti törədən də, bu cinayətin sifarişçiləri də öz cəzalarının alacaqlar. Mən düşünürəm ki, bu mənim ailəmin canına qəsd, mənə isə gözdağı idi”.

Naiblinin yayımladığı görüntülərdə yanan evin videosu da yer alıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı İbrahim Əmiraslanlı məsələ ilə bağlı BAKU.WS-ə bildirib ki, Sabunçu rayonu Zabrat qəsəbəsində vətəndaş Ş.Axundzadəyə məxsus evin qarşısında olan köməkçi tikilidə baş vermiş yanğın hadisəsi ilə əlaqədar aparılan araşdırmalardan sonra aidiyyəti dövlət qurumunun rəyi əsasında hadisənin qısaqapanma nəticəsində baş verdiyi müəyyən edilib.

Yanğın nəticəsində xəsarət alan olmayıb.

Onu da qeyd edək ki, bir müddət əvvəl Şəbnəm Naiblinin ailə quracağı xəbərəri yayılmışdı. İş adamı olduğu bildirilən şəxs aparıcıya evlilik təklifi etmişdi.

Избранный
121
18
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
15243
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
15169
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15049
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
12717
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
11272
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9068
"Zaur, yenə çaşdın..." - VİDEO
7710
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5839
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
5270
Elçin boşandığını etiraf etdi - FOTOLAR
4573
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4523
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4142
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4058
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3857
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3140
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3123
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2885
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2878
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2727