RU

Fransa, Sevinc və Qənimət sövdələşməsi - KÜNCDƏN BAXIŞ

Fransanı başa düşmək bir o qədər də çətin deyil. Bu dövlət bineyi-qədimdən hansı bağdansa, soy kökündənsə ermənilərə yaxın, bəlkə də qan qohumluğu olan bir dövlətdir. Təbii ki, onların da tərəfində olacaq. Yeri gələndə sözünü deyəcək, yeri gələndə arxasında dayanacaq, yeri gələndə də əlinə silah verib arxasında dayanacaq.

O da başadüşüləndir ki, ermənilərin 2020-ci ildə 44 günün sonunda Qarabağda diz çökməsini və 2023-cü ildə birgünlük antiterror əməliyyatı zamanı birdəfəlik Qarabağdan çıxıb getmələrinə qərar verməsini Fransa belə ürək ağrısı ilə qarşılayacaqdı. Axı yuxarıda da dediyimiz kimi, onların bağlılığı var.

Belə olan halda, deməli, Fransanın Ermənistanla bir döyünən ürəyi Azərbaycan dağı görüb. "Mənə olmuş, ya erməniyə olmuş, eynidir",- deyə düşünən Fransa bu dağın-düyünün od-alovu ilə yanıb yaxılmasın, nə etsin?.. Elə buna görə də nələrə əl atdı, bunları sadalayıb ürəyimizi yenidən bulandırmayaq. Gələk sonuncu həmləsinə-Azərbaycana qarşı sanksiya məsələsinə. Avropa parlamentində bu təşəbbüsü bir neçə dəfə irəli sürən Fransanın məqsədi aydındır. Aydın olmayan qondarma "milli şura"çılar, xaricdə məskunlaşmış Sevinc Osmanqızı və Qənimət Zahid kimi antimilli ünsürlərin davamlı olaraq Azərbaycana qarşı sanksiya çağırışı ilə çıxışları, ölkəmizi Avropa ilə "süni gərginlik yaratmaq"da ittiham etmələridir. Yenə deyək ki, bu məsələdə Fransanı başa düşmək olar. Bəs Sevinclə, Qəniməti? Azərbaycanlı olasan, Azərbaycana qarşı sanksiya tələb edənlərin səsinə səs verəsən, bu bir qədər anlaşılmayan olsa da, lakin əslində burada anlaşılmayan nə var ki?..

Fransa və onabənzər dövlətlər bizim antimilli ünsürləri nə vaxt istədikləri kimi idarə etməyib ki?.. Nə zaman Azərbaycana qarşı nəyi demək istəyiblərsə, Azərbaycanda hansı qalmaqalın yaranmasını düşünüblərsə, həmin an antimillilərimiz ağıllarına gəlib və qrandlar buraxmaqla onlara istədiklərini etdiriblər. İndi də gün kimi aydındır ki, Fransa Sevinc və Qənimətlə yeni sövdələşmə edib ki, onlar dünyanın o başında oturub bu başında olan Vətənlərinə qarşı sanksiya tətbiq edilməsi fikrini dəstəkləyirlər.

Lakin Sevinclə Qənimətin ağlı da elə fransız Makronun ağlı qədərdir. Fikirləşəndə ki, antimilli ünsürlər bu tapşırıqları kimdən alır, cavab tapmaq bir o qədər çətin deyil. Kim verəcək, kim onların sözünü deyirsə, onların istəklərini yerinə yetirirsə, bizim antimillilər də onların sözünü deyəcək, təkliflərini tələb kimi irəli sürəcək, hələ yeri gələndə Azərbaycana qarşı şər-qarayaxma da apararaq ölkəmizi Avropa ilə "süni gərginlik yaratmaq"da ittiham edəcəklər.

Lakin çox təəssüf olsun ki, bu məsələdə Makronun savadı nə yerdədirsə, Sevinclə Qənimətin savadı da o qədərdir. Belə ki, birincisi, bu sanksiya məsələsini Avropa Parlamentində müzakirəsinə nail olsa da, həyata keçirilməsi qətiyyən onluq deyil. Çünki AP-nin Aİ-nin real siyasətinin müəyyənləşdirilməsində yeri və rolu yoxdur. Aİ-nin üzv ölkələri içərisində Azərbaycanla əməkdaşlıq edən, Azərbaycanla strateji əməkdaşlığı olan 14 ölkə var. Bu qərar da həmin ölkələrin rəhbərləri tərəfindən qəbul edilə bilər. Həmin ölkələr isə Azərbaycana qarşı təşəbbüslərin qarşısını alıblar.

Elə bu səbəbdən də Fransa, Sevinc və Qənimət sövdələşməsi nəticəsiz olaraq qalmaqdadır. Baxmayaraq ki, üçü bir əldən sanksiya deyib çığırır, lakin gərək boğazını cıranda da biləsən ki, faydası olacaq, yoxsa olmayacaq.

Bir də makrongilləri yenə anlamaq olur, Sevinclə Qənimətin hərəkətlərini isə əsla. Adam öz Vətəninə qarşı bu qədər sevgisiz necə ola bilər?..

Mətanət Məmmədova

Избранный
75
1
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
25579
Cavid Gülün həyat yoldaşı gözəlliyi ilə heyran etdi - FOTO
16643
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
14673
Bakıda hoteldə ölən dostlarla bağlı DETALLAR: Viskini içdikdən sonra... - FOTO
13846
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Saat 12-dən başlayaraq...
11291
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
10506
İbrahim Tatlıses Azərbaycanda çəkilən görüntülərinə görə əsəbiləşdi - VİDEO
10425
Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb – FOTO
9944
Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı - VİDEO
9226
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
9114
Bakıda anasını dostuna qısqandı, dəhşət saçdı - TƏFƏRRÜAT
7058
Səidə Sultan klipi üçün lüt soyundu
6937
Namiq Qaraçuxurlu başına gələn QƏZADAN DANIŞDI — VİDEO
6114
Elcan Rəsulov xəstəxanalıq oldu - FOTO
5870
Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
5493
Anası ilə dostunun sevgi münasibətlərinin olmasından şübhələnib dəhşət saçdı - VİDEO
5469
Talıb Tale evlənir
5104
Avtomobil sahiblərini məyus edəcək xəbər: Bu maşınlar qadağan ediləcək
4473
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: Arvadının anlaqsız olması...
4448
Azərbaycanın məşhur iş adamına ağır itki - FOTO
4100