- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта
Bakı. Trend:
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir.
Trend-in xəbərinə görə, bu barədə məsələ Milli Məclisin bu günkeçirilən iclasında müzakirə edilən “Məhkəmələr və hakimlərhaqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının126-cı maddəsinin birinci hissəsinə uyğun olaraq seçkilərdə iştiraketmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisasıüzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşlarıhakim ola biləcəklər.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, yaşı 30-dan aşağıolmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquqtəhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən AzərbaycanRespublikası vətəndaşları hakim ola bilərlər.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncüoxunuşda qəbul edilib.