RU

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb - FOTO

Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə narkotik vasitələr satmaqda şübhəli bilinən Ağstafa rayon sakini Şöhrət Orucov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Onun əlindəki çantadan üç kiloqram marixuana, həşiş, tiryək və bir ədəd elektron tərəzi aşkar olunub.

Araşdırmalarla müəyyən edilib ki, Ş.Orucov narkotikləri öz istifadəsi və satış üçün əldə edib. Saxlanılan şəxs kuryer fəaliyyətini pul müqabilində həyata keçirdiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.
 


 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
190
50

1Источники

Комментарий ()
Закрывать