RU

Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT

Kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustası Elman Mirzəyevin həbs edilməsi ilə nəticələnən cinayət işi haqda bəzi məqamlar üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dələduzluqda ittiham edilən tanınmış idmançının həmin əməlləri tək törətmədiyi iddia edilir.

Belə ki, cinayət işi üzrə zərərçəkmiş şəxs olan, Bakının Binəqədi rayon sakini Allahverən Ağayev bildirib ki, E.Mirzəyev ona məxsus olan bahalı avtomobili vəzifəli tanışının köməyi ilə özgəninkiləşdirib. 

Şikayətçinin sözlərinə görə, ölkədə olmadığı müddətdə E.Mirzəyev həmin şəxslə əlbir olaraq qeyri-qanuni şəkildə, yəni etibarnamə olmadan 90-ON-364 nömrə nişanlı “Range Rover” markalı avtomobili 18.01.2021-ci il tarixdə saxta yolla başqa şəxsə satıb və ona 185 000 dollar ziyan vurulub:

“Mən başıma gələnlərlə bağlı Nərimanov Rayon Polis İdarəsinə (RPİ) və rayon prokurorluğuna şikayət etdim və bir müddət sonra Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə iş açıldı, Elman Qurbanxan oğlu Mirzəyev həbs edildi. Hazırda Nərimanov RPİ-nin İstintaq şöbəsində cinayət işinin istintaqı bitmək üzrədir. Məlum oldu ki, mən 2021-ci ildə mən Ukraynada olduğum zaman Elman Mirzəyev mənə məxsus olan avtomobili işlədiyi “Auto Gallery” avtosalonundan qeyri-qanuni şəkildə götürüb və məndən heç bir icazə almadan, etibarnamə belə olmadan maşını həmin şəxslə əlbir olaraq saxta yolla satıblar”.

A.Ağayev başlanmış cinayət işi üzrə Elman Mirzəyevlə yanaşı, ona məxsus avtomobilinin rəsmiləşdirilməsində vasitəçilik etmiş həmin şəxsin də məsuliyyətə cəlb edilməsini xahiş edib.

A.Ağayevin vəkili Vasif İsrafilov da bildirib ki, məsələ ilə bağlı Baş Prokurorluğun və DİN-in rəhbərliyinə müraciətlər edilib. Hazırda bu istiqamətdə istintaq tədbirləri davam etdirilir.

İddialarla əlaqədar Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, vətəndaş müraciəti əsasında qəbul edilib, dinlənilib, hazırda aidiyyəti üzrə araşdırmalar davam etdirilir:

“Araşdırmaların nəticəsindən asılı olaraq mübahisə predmeti olan avtomobilin hansı formada digər şəxsin adına keçirilməsi aydınlaşdırılacaq”.

Mövzu ilə bağlı Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, A.Ağayevin şikayəti əsasında açılmış cinayət işi üzrə araşdırmalar davam etdirilir:

“Elman Mirzəyevin Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırda istintaq Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində davam etdirilir.

İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən qeyd olunan cinayət işi üzrə obyektiv və hərtərəfli istintaqın aparılması təmin edilməklə cinayətlərin törədilməsində iştirakı etmiş şəxs(lər)in əməllərinə, o cümlədən zərərçəkmiş şəxs Allahverən Ağayevin müraciətlərində qeyd etdiyi hallara hüquqi qiymətin verilməsi təmin ediləcək”.

Избранный
21
20
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
15306
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
15218
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15063
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
12752
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
11351
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9111
"Zaur, yenə çaşdın..." - VİDEO
7722
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5856
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
5341
Elçin boşandığını etiraf etdi - FOTOLAR
4643
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4563
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4168
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4081
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3875
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3142
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3124
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2890
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2887
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2736