Respublika Təcili və Təxirəsalınmaz Tibb Yardım Mərkəzinin uşaq reanimasiyon briqadası 25.03.2024-cü il tarixində saat 22:05 radələrində doğulan körpəni (cinsi qadın) hemolitik sarılıq xəstəliyi diaqnozu ilə Oksigen Klinik Xəstəxanasından K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna küvəz daşınmasını həyata keçirib.
Bu məlumat Aztibb.az-a Respublika Təcili və Təxirəsalınmaz Tibb Yardım Mərkəzindən verilib.
Qeyd olunub ki, daşınma prosesində körpəyə təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib.