RU

Çində internet iki ayda 35 milyard dollar gəlir gətirib

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Yanvar-fevral aylarında Çinin böyük internet şirkətlərinin və əlaqəli xidmətlər göstərən şirkətlərin ümumi gəliri illik müqayisədə 7,6 faiz artaraq 246,3 milyard yuan (təxminən 34,71 milyard dollar) təşkil edib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi məlumat yayıb.

Ümumi mənfəət illik müqayisədə 6,5 faiz artaraq 16,97 milyard yuan (təxminən 2,4 milyard dollar) təşkil edib.

Çində internet istifadəçilərinin sayı 2023-cü ilin sonuna qədər 1,09 milyardı ötüb. Əhalinin qlobal şəbəkəyə çıxış səviyyəsi 77,5 faiz təşkil edib.

Избранный
167
6
1

1Источники

Комментарий ()
Закрывать