RU

“Qarabağdakı separatçı rejim rəhbərlərinin saxlanılması ən böyük uğurlardan biridir”

“2023-cü ildə Dövlət Təhlükəsizliyi Xidmətinin əldə etdiyi ən böyük uğurlardan biri Qarabağdakı separatçı-kriminal xunta rejiminin rəhbərlərinin cinayət məsuliyyətinə cəlb edilməsi və onların törətdikləri qanlı cinayətlərinə hüquqi qiymətin verilməsi istiqamətində gördüyü işlərdir”.

Yenisabah.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 105 illiyi münasibətilə keçirilmiş təntənəli tədbirdəki çıxışı zamanı deyib.

“2023-cü ildə Dövlət Təhlükəsizliyi Xidmətinin əldə etdiyi ən böyük uğurlardan biri Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasi iradəsi sayəsində ölkəmizin Qarabağ ərazisində uzun illər kök salmış separatçı-kriminal xunta rejiminin rəhbərlərinin tutularaq cinayət məsuliyyətinə cəlb edilməsi və onların törətdikləri qanlı cinayətlərinə hüquqi qiymətin verilməsi istiqamətində gördüyü işlərdir”, - deyə DTX rəisi bildirib.


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
139
12
Источники
Комментарий ()
Закрывать