RU

"ABŞ terrorla bağlı Rusiyanı qabaqcadan məlumatlandırıb" - Kirbi

Rəsmi Vaşinqton ABŞ-nin "Crocus City Hall"da terror aktı təhlükəsi barədə qabaqcadan Rusiyanı məlumatlandırıb.

"Unikal" xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Martın 22-də baş verən hücumdan əvvəl ABŞ Rusiya hakimiyyətinə terror təhlükəsi ilə bağlı aydın və ətraflı məlumat verib”, - deyə Kirbi qeyd edib. 

Bundan əvvəl Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov ABŞ-nin Rusiyaya terror aktları ehtimalı ilə bağlı ümumi məlumat ötürdüyünü bildirərək, Rusiya tərəfinin bunu nəzərə aldığını qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
181
26

1Источники

Комментарий ()
Закрывать