"Hər gün dünyada 1 milyarddan çox qida zibilliyə atılır".
BAKU.WS "Euronews"a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) apardığı araşdırmalarda qeyd edilib.
Bildirilib ki, 2022-ci ildə dünya əhalisinin istifadə etdiyi qida və ərzağın 19 faizi birbaşa zibilliyə atılıb.
BMT-nin Ətraf Mühitin qorunması proqramına əsasən, dünyada 278 milyon aclıqla mübarizə apardığı bir vaxtda hər gün dünyada 1 milyarddan çox yemək zibilə atılıb.
Aclıqla mübarizə aparan əhali dünyanın üçdə birini təşkil edir. Bu qida israfı 1 trilyon dollara başa gəlir.
O da qeyd edilib bu cür qeyri-standart normalarla qida israfı davam edərsə milyonlarla insan ac qalacaq. Bu səbəbdən BMT ölkələri yersiz qida israfının qarşısını almağa çağırıb.