RU

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Mariya Zaxarova: "Bu cür tədbirlər Rusiyada narahatlıq doğurur”

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini qəbul etmir.

Bu barədə martın 28-də ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller "Turan”ın sualına cavabında deyib.

Onun sözlərinə görə, 5 aprel Brüssel görüşündə əsas diqqət Ermənistana öz ticarət əlaqələrini şaxələndirməyə və humanitar ehtiyacları həll etməyə kömək etmək üçün iqtisadi dayanıqlığa yönəldiləcək: "Mən başa düşmürəm ki, niyə bu, hər hansı ölkə üçün problem olmalıdır”.

Martın 27-də Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsinin rəisi Ayxan Hacızadə Brüssel görüşünü qınayan açıqlama yayıb.

Onun sözlərinə görə, Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli, qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır: "Sözügedən konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir. Bu konfrans, erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır. Ermənistandakı revanşist əhval-ruhiyyə fonunda Vaşinqton və Brüsselin açıq ermənipərəst ictimai təzahürü Ermənistanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Aİ və ABŞ-nin Ermənistanı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yarada bilər. Bu halda, Aİ və ABŞ Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklər”.

Metyu Miller isə Ayxan Hacızadənin qiymətləndirməsini bölüşmür: "Əlbəttə ki, bu cür qiymətləndirmələrlə razı deyiləm”.

O qeyd edib ki, dövlət katibi Blinken və USAID rəhbəri Samanta Pauer Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen və Ermənistanın Baş naziri Nikol Paşinyanla birlikdə ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşündə iştirak edəcəklər.

"Azərbaycanla bağlı məsələlər müzakirə olunacaqmı?” sualına Metyu Miller belə cavab verib: "Mümkündür, ancaq bu, diqqət mərkəzində olmayacaq. Brüssel görüşü Ermənistanın iqtisadi dayanıqlığına, ticarət tərəfdaşlarının şaxələndirilməsinə və humanitar ehtiyaclarının ödənilməsinə həsr olunacaq”.

Maraqlıdır ki, Rusiya da Brüssel görüşündən narahatlığını ifadə edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib ki, bu cür tədbirlər Rusiyada narahatlıq doğurur: "Belə görüşlər regionun əksər ölkələrində narahatlıq yaradır. Çünki onlar Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə deyil, Qərbin Cənubi Qafqaza son dərəcə dağıdıcı yanaşmaları ilə daxil olmasına yönəlib. Üstəlik, belə görüşlər regionda yeni ayırıcı xətlərin yaradılmasına, region ölkələrinin anti-Rusiya gündəminə uymağa məcbur edilməsinə, onların Moskva ilə çoxəsrlik əlaqələrinin pozulmasına, mövcud regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq mexanizmlərinin zəiflədilməsinə istiqamətlənib”.

Zaxarova vurğulayıb ki, bütün dünyanın gözü qarşısında Ermənistan tədricən kollektiv Qərbin erməni xalqının köklü maraqları ilə tamamilə zidd olan son dərəcə təhlükəli planlarının həyata keçirilməsi alətinə çevrilir.

Münaqişənin tarixçəsi

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də isə separatçı "Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan "respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

2023-cü il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.
Избранный
173
24
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Reyd olacaq: Normalara uyğun olmayan avtomobillərin sahibləri 50 manat cərimə olunacaqlar - VİDEO
16691
11-ci sinif şagirdini maşın vurub öldürdü - Foto
13961
Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO
10221
34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir
9020
Faiq Sadıqov
8489
Səidə Sultan klipi üçün lüt soyundu
7970
Azərbaycanlı müğənninin oteldən ŞOK BİABIRÇI görüntüsü yayıldı- VİDEOsu
5854
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
5763
Gənc aparıcı vəfat etdi - FOTO
5609
DƏHŞƏT: İtkin düşən 25 yaşlı qadın torpağa basdırılmış halda tapıldı – FOTO
5385
Rayon xəstəxanalarında həkim çatışmazlığı problemi hələ də həll edilməyibVİDEO
5353
10 yaşlı uşağın faciəvi ölümü
5111
17 yaşlı qız müəmmalı şəkildə öldü: “Tibb bacısı qızıma adını bilmədiyi iynəni vurub”
4827
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
4746
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
4671
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
4100
Ruslan Müşfiqabadlının anası vəfat edib
3523
Bu gündən şimal-qərb küləyi güclənəcək, arabir yağış yağacaq
3308
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür
3172
Aktrisa Çimnaz dekolteli gecəliyi ilə GÜNDƏMƏ GƏLDİ - VİDEO
2864