Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan bütün dövlət başçıları assosiasiyanın iyulda Astanada keçiriləcək sammitində iştirak etmək niyyətindədirlər.
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bəyan edib.
Çinin Boao şəhərində ŞƏT-in baş katibi Çjan Minqlə görüşündə Qazaxıstan lideri qeyd edib ki, qarşıdan gələn tədbir Astana üçün müstəsna əhəmiyyət kəsb edir. O xatırladıb ki, sammitin mövzusu “Çoxtərəfli dialoqun gücləndirilməsi – davamlı sülh və inkişafa nail olmaq” kimi müəyyən edilib.
Tokayevin sözlərinə görə, ŞƏT-ə üzv ölkələr sıx əməkdaşlıq etməlidir, çünki mövcud geosiyasi vəziyyəti nəzərə alaraq assosiasiyaya daxil olan dövlətlərin görüşü vacibdir.