Mingəçevirdə məcburi köçkünlərin yaşadığı binada yanğın baş verib – Video
Mingəçevirdə məcburi köçkünlərin məskunlaşdığı binada yanğın baş verib. Yeniavaz.com xəbər verir ki, yanğın iki mənzili əhatə edib. FHN-in yanğından mühafizə qüvvələri əraziyə cəlb olunub və yanğın söndürülüb. Hadisə zamanı evdə olan əşyalar yansa da, xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi bəlli deyil.