RU

Azərbaycanda polkovnik-leytenant VƏFAT ETDİ – FOTO

Ehtiyatda olan polkovnik-leytenant vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov məlumat verib.

“Dünən səhər saatlarında bizim əziz və çox mehriban zabit dostlarımızdan biri olan ehtiyatda olan polkovnik-leytenant Ağasəməd Manafov sıralarımızdan ayrıldı. Haqqın dərgahına qovuşdu.

06 yanvar 1970-ci ildə Bakıda anadan olan zabit dostumuz Cəmşid Naxçıvanski adına hərbi liseyi -(1984-1987-ci illər) bitirdikdən sonra, Lvov Ali Hərbi Siyasi Məktəbinə daxil olub və 1988-ci ildən 1992-ci ilə qədər orada ali hərbi təhsil alıb. Məktəbi bitirdikdən sonra Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) zabiti kimi xidmətə başlayıb və 2015-ci ildə ehtiyata tərxis olunub.

Təhsil aldığı ali hərbi məktəblərin hər ikisində nümunəvi və əlaçı müdavim, kursant olub. Zabit kimi də üzərinə düşən tapşırıqları yüksək səviyyədə yerinə yetirib. Müxtəlif vəzifələrdə pillə-pillə irəliləyərək polkovnik-leytenant rütbəsinə kimi yüksəlib.

Gözəl ailə başçısı olan Ağasəməd Manafovun 2 gözəl qız övladı ondan yadigar qalıb. Qızların hər ikisi Azərbaycan Tibb Universitetinin 2-ci və 5-ci kurs tələbələridir.

Dünən saat 17-18 radələrində Bakının qədim və möhtəşəm Maştağa kənd qəbirstanlığında dəfn olunan qardaşımızın hüzr mərasimi onun ata ocağında keçirilir. Sabah saat 18-də əziz dostumuzun və qardaşımızın məzarı ziyarət olunacaq və ata ocağında ona mərasim keçiriləcəkdir. Onu tanıyan və bilən dostlara xatırlatmaq istərdim ki, əziz Ağasəməd qardaşımız biz Lvov Ali Hərbi Siyasi Məktəbinin məzunları arasında son dərəcə böyük hörmətə və diqqətə layiq yoldaşlardan biri idi. Lvov Məzunlarının sosial media üzərindən yaradılmış qrupun ən fəal və ən zarafatcıl üzvlərindən biri idi. Hamımız dərin sarsıntı və hüzn içindəyik. Allah qardaşımıza qəni-qəni rəhmət eləsin. Məkanı cənnət, ruhu daima şad olsun.

Allah hər kəsin dünyasını dəyişən əzizlərini rəhmət eləsin.

Zabit qardaşımızı anarkən onun daima böyük sayğı ilə xatırladığı və andığı əziz Şəhidlərimizi də hörmətlə anırıq, həm Şəhidlərimizin, həm də müharibə içtirakçılarının qarşısında baş əyirik.

Ruhun şad, məkanın cənnət olsun, Ağa!

Biz Səni, digər vaxtsız dünyadan köçən kursant -tələbə yoldaşlarımız olmuş zabitlərimiz Ravil Rzayevi, Rövşən Məmmədovu və digərlərini də hər zaman qəlbimizdə sayğı ilə xatırlayacağıq”. (milli.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
61
12
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
36867
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24119
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
18989
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14860
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
13209
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11611
Helikopterin qalıqları tapılıb
11061
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7772
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6861
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6430
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5680
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5434
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4683
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4336
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3846
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3345
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3137
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2337
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
2266