RU

"Kapital Bank”ın istiqrazları BFB-də listinqə daxil edilib

Martın 28-də Bakı Fond Birjasında "Kapital Bank” ASC-nin ümumi dəyəri 35 milyon ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.

Bu barədə "APA-Economics"ə BFB-dən bildirilib. Qeyd edilib ki, istiqrazların yerləşdirilməsi BFB-də abunə yazılışı üsulu ilə həyata keçiriləcək. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Qeyd edək ki, faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların nominal dəyəri 100 dollar, həcmi isə 350 min ədəddir. Gəlirliliyi 7% olan istiqrazlar 7 il müddətində tədavüldə olacaq. Kupon ödənişləri isə rübdə bir dəfə nəzərdə tutulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
68
2
Источники
Комментарий ()
Закрывать