RU

Ermənistanı Fransanın oyunlarına getməməyə çağırırıq

Qərbi Azərbaycan İcması Fransanın “Le Figaro” qəzetində dərc edilmiş müsahibə ilə bağlı bəyanat yayıb.

NOCOMMENT.az xəbər verir ki, İcmadan daxil olan bəyanatda deyilir:

“2024-cü il martın 27-də Fransanın “Le Figaro” qəzetində Ermənistanın vaxtilə işğal etdiyi Azərbaycan ərazilərində yaratmış olduğu və tarixin zibil qutusuna atılmış qanunsuz rejimin tör-töküntüləri ilə müsahibə dərc edilib.

Azərbaycanın xalqlar arasında nifaqı geridə qoymağa xidmət edən, anlaşmaya, barışığa əsaslanan, alicənab və mərhəmətli siyasəti sayəsində sərbəst qalmış bu şəxs indi yenidən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qəsd etmək fikrinə düşüb. Sözügedən şəxs separatçı strukturların Ermənistan ərazisində fəaliyyətini davam etdirdiyini bildirib, Fransa başda olmaqla xarici gücləri regionun məsələlərinə müdaxilə etməyə çağırıb və Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə qarşı çıxıb. Sözügedən separatist ünsürlər özlərini “mühacir hökumət”, “prezident”, “nazir” kimi təqdim edir, Ermənistan hökuməti isə faktiki olaraq buna göz yumur.

Qeyd edək ki, müsahibənin məhz Fransanın mətbuat orqanlarının birində dərc edilməsi təsadüfi deyil. Fransa başda olmaqla öz mənfur geosiyasi niyyətləri ilə regiona daxil olmağa çalışan bəzi qüvvələr regionda sülhün əldə edilməsinə yol vermək istəmirlər və bunun üçün bütün vasitələrlə gərginliyi artırmağa çalışırlar. Ermənistanın hərbiləşdirilməsinə yardımlar, bu müsahibə, 5 aprel 2024-cü ildə keçiriləcək Ermənistan-ABŞ-Avropa İttifaqı sammiti – bunların hamısı eyni xəttə xidmət edən vahid kampaniyanın tərkib hissələridir.

Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırır. Ermənistan dərk etməlidir ki, öz ərazisində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəsd edən ünsürlərin fəaliyyətinə şərait yaratması yolverilməzdir.

Qərbi Azərbaycan İcması Ermənistandan revanşist və militarist siyasətinə son verməyi, Azərbaycanla sülh əldə etmək yolunu tutmağı və Qərbi azərbaycanlıların öz evlərinə qayıtmasına şərait yaratmağı tələb edir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
203
6
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13539
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
10805
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9018
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2875
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2428
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2183
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2028
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1825
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1665
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1510
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
964
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
739
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
663
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
632
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
602
Azərbaycan nefti ucuzlaşdı
583
Arda Gülər dayanmır, yenə fərqləndi -
578
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
573