RU

Narışkin Şimali Koreyaya səfər edib

Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin Şimali Koreyaya (KXDR) səfər edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Narışkin Pxenyanda Şimali Koreyanın dövlət təhlükəsizlik naziri ilə danışıqlar aparıb.

SVR mətbuat bürosunun məlumatına görə, danışıqlarda beynəlxalq vəziyyət, regional təhlükəsizlik və xarici qüvvələrin təzyiqi altında əməkdaşlığın dərinləşdirilməsi müzakirə edilib.

Qeyd edək ki, əvvəllər Rusiya xarici kəşfiyyat rəhbərlərinin KXDR-ə səfərləri barədə məlumat verilmirdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
81
19

1Источники

Комментарий ()
Закрывать