RU

Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Rusiya Prezidenti Vladimir Putin terror aktının baş verdiyi "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib.

 

Kremlin mətbuat katibi Dmitri Peskov terror aktının ilk dəqiqələrindən insanların xilas edilməsi və yardımların göstərilməsi üçün bütün tədbirlərin görüldüyünü və Putinin heyətin işinə mane olmamaq üçün “Crocus”a getmədiyini söyləyib.

 

"Terror aktı zamanı həlak olanların ailələrinə və zərərçəkənlərə hər cür yardım göstərilir. Putinin iştirakı ilə təmaslar lazım olarsa, Kreml məlumat verəcək. Terrordan zərərçəkənlərə və həlak olanların ailələrinə yardımın göstərilməsi istiqamətində işlər mümkün qədər tez təşkil olunub və davam etdirilir" - deyə Kremlin sözçüsü vurğulayıb./APA

Tarix: 28 Mart 2024, 14:24   
Избранный
69
9
1

1Источники

Комментарий ()
Закрывать