RU

Film kimi HADİSƏ: Xəbəri olmadan işə götürüldü, maaşda yazılıb - VİDEO

Film kimi HADİSƏ: Xəbəri olmadan işə götürüldü, maaşda yazılıb - VİDEO

4 aydır ki, adına rəsmi iş yeri var. Ancaq bundan özünün xəbəri yoxdur. Belə bir hadisə Laçın Şahsənovun başına gəlib. Bəs necə olub ki, vətəndaş bundan xəbər tutub? Ümumiyyətlə bu kimi hallar necə baş verə bilir? Mövcud məsələ ilə bağlı vətəndaşlar hansı addımlar ata bilər? Sonxeber.az xəbər verir ki, problem ilə üzləşən vətəndaş "ATV Xəbər"ə açıqlama verib.

Elektron hökumət portalında Laçın Şahsənovun 2023-cü ilin dekabrından tikinti şirkətlərinin birində rəsmi olaraq 360 manat maaş müqabilində fəhlə kimi çalışdığı göstərilir. Ancaq bu rəsmilikdən nə onun, nə də qohumlarının xəbəri var. Çünki o nə işə gedib gəlir, nə dəki maaş alır. Adına işin olması və qanunsuz olaraq müddətsiz əmək müqaviləsinin bağlanmasını isə tamamilə təsadüf nəticəsində öyrənib.

"Banka müraciət etdim. Kredit götürmək istəyirdim. Mənə dedilər ki, sizin rəsmi iş yeriniz göstərilir. Yəni 6 ayınız tamam olsun və bu zaman gəlib kredit götürə bilərsiniz. Bundan sonra xəbərim olub ki, kimsə rəsmi iş yeri göstərib və istifadə edir".

Laçın Şahsənov deyir ki, bu ilin yanvarın 12-də şəxsiyyət vəsiqəsini itirib. Əvvəlcə bu məqam onda şübhə doğursa da, əmək müqaviləsinin ötən ilin dekabrında bağlanması onu lap çaş-baş salıb. Xəbəri olmadan adına iş yeri açılan vətəndaş indi təşviş içərisindədir.

"Çox narahatam. Ola bilər ki, adımdan nəsə başqa bir şirkətdə aça bilər. Mənim adımdan pul belə götürə bilərlər. Bu baxımdan üstümə vergi yığılması ehtimalı var".

Ətraflı "Atv Xəbər"in süjetində:

Избранный
108
13
Источники
Комментарий ()
Закрывать