RU

"Bu komandanın hələ əvvəldən hədəfi Premyer Liqaya yüksəlməkdir"

"Yenidən böyük futbol həyəcanını yaşamaq əladır".

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Elvin Məmmədov II Liqa komandası “Cəbrayıl”ın heyətində çıxış etməsi ilə bağlı danışarkən deyib.

XVI turda “Şahdağ Qusar”la bərabərə qaldıqları (2:2) görüşdə cərimə zərbəsindən qol vuran 35 yaşlı yarımmüdafiəçi komandasının hədəfinin çempionluq olduğunu bildirib:

"Maraqlı mübarizə oldu. Rahid Əmirquliyevin rəqibin heyətində yer alması istər orada oynayan futbolçulara, istərsə də azarkeşlərə əlavə motivasiyadır. “Şahdağ Qusar”dan 1 xal almaq da pis deyil. “Cəbrayıl”ın hələ əvvəldən hədəfi Premyer Liqaya yüksəlməkdir. İlk məqsəd I Liqaya vəsiqə qazanmaqdır. Məşqçilər korpusu bunun üçün əlindən gələni edir. Liderlə aramızda 4 xal fərq var. Qaşıda hələ çox oyun olacaq. Birincilik uğrunda mübarizə aparacağıq”.

Minifutbol üzrə Azərbaycan çempionatında “İnter” komandasının da formasını geyinən Elvin Məmmədov iki idman növü arasında müqayisə aparıb:

"Minifutbolda oynamaq daha çətindir. Çünki orada temp daha yüksəkdir, dinamik mübarizə gedir. Minifutbol çox güc tələb edir. Ora daha maraqlıdır. II Liqa adından da bilindiyi kimi, həvəskarlar liqasıdır. Bir az təcrübən olsa və topla rəftarı bacarsan, daha rahat hərəkət edərsən. Minifutbolda hamı dayanmadan qaçır”.

Millinin keçmiş oyunçusu II Liqada ən böyük problemin meydanlarla bağlı olduğunu vurğulayıb:

“Kütləviliyi artırmaq baxımından II Liqanın yaradılması təqdirəlayiq addımdır. Burada həm gənc, həm də veteran futbolçular çıxış edirlər. Mən həm də U-15 Liqasında çalışıram. Həm orada, həm II, həm də I Liqada meydanların durumu bərbaddır. Asfaltdansa, süni örtük qoysalar, daha yaxşı olar. Bunun üçün vaxt lazımdır. Azərbaycan futbolu meydan baxımından əziyyət çəkir. Bu problem elə Premyer Liqada da görünür. Birinci ildə hər şeyi dəyişmək çətindir. Yəqin ki, dəyişikliklər üçün planlar var”.

Elvin Məmmədov 2008-2017-ci illərdə Azərbaycan millisinin heyətində 38 oyun keçirib, 7 qola imza atıb.

Избранный
1314
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
26850
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26411
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18138
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
17346
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14433
Sabah 20 dərəcə isti olacaq
9715
May ayında Azərbaycana qar yağdı - VİDEO
8830
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8608
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
8572
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8497
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7259
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7159
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6963
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6924
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6607
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6497
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6451
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6047
Azərbaycan nefti ucuzlaşıb
6004
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5872