RU

İsveç NATO-ya üzv oldu - YENİLƏNİB

İsveç NATO-ya üzv oldu - YENİLƏNİBİsveç NATO-ya üzv oldu.Adalet.az xəbər verir ki, bu barədə krallığın hökumət ofisi məlumat yayıb.“Baş nazir Ulf Kristersson İsveçin Alyansa üzv olmaq barədə Şimali Atlantika Müqaviləsinin depozitarisi olan ABŞ hökumətinə sənədi təqdim etdi. İsveç NATO-ya üzv oldu”, - deyə məlumatda qeyd olunur.*** 19:32İsveçin NATO-ya daxil olması ilə bağlı protokol cümə axşamı rəsmi olaraq qüvvəyə minib.Adalet.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.“2024-cü il martın 7-də İsveç Krallığının Şimali Atlantika Müqaviləsinə qoşulması haqqında protokolun ikinci maddəsində göstərilən qüvvəyə minmə şərtləri yerinə yetirilib, müvafiq olaraq, protokol 2024-cü il martın 7-də qüvvəyə minib", - ABŞ Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.Bundan əvvəl Ağ ev İsveçin martın 7-də NATO-ya üzv olacağını açıqlamışdı. Eyni zamanda, martın 11-də NATO-nun Brüsseldəki mənzil-qərargahında ölkənin bayrağı qaldırılacaq.*** 16:49İsveç martın 7-də rəsmi olaraq NATO-ya üzv olacaq. Adalet.az xəbər verir ki, bu barədə Ağ Evin saytında dərc olunmuş mesajda deyilir."İsveç 2024-cü il martın 7-də rəsmi olaraq NATO-ya daxil olacaq və 32-ci müttəfiq olacaq", - məlumatda deyilir. Qeyd olunub ki, ьartın 11-də NATO-nun mənzil-qərargahında İsveç bayrağının qaldırılması mərasimi keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
342
adalet.az

1Источники