RU

Beyləqanda ağır qəza: 3 nəfər öldü - ADLAR

Beyləqan rayonunun İmamverdilər kəndində yerləşən dəmiryolu xəttinin yerləşdiyi körpüdə yol-nəqliyyat hadisəsi baş verib.

Gundem.az xəbər verir ki, “VАZ” markalı minik və “KamAZ” markalı yük avtomobilləri toqquşub.





Nəticədə rayonun Bahar qəsəbəsindən olan 2 nəfər hadisə yerində ölüb. Bunlar “VАZ” markalı minik avtomobilinin sürücüsü, 1992-ci il təvəllüdlü İlqar Məmmədov, “KamAZ” markalı yük maşının sürücüsü, 1973-cü il təvəllüdlü Barat İsmayılovdur.

Qəzada ağır yaralanan daha bir nəfər - 1985-ci il təvəllüdlü Şükürzadə Şəmşir Abış oğlu İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. (Report)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
353
gundem.az

1Источники