RU

Fazil Mustafa "Sivil Toplum" Monitorinq Koalisiyası həmsədrləri ilə görüşüb - FOTOLAR

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa "Sivil Toplum" Monitorinq Koalisiyası həmsədrləri  ilə görüşüb.
QHT.az xəbər verir ki, xatırladaq ki, Aydın Kərimov (“Müstəqil Hüquq Mərkəzi” İctimai Birliyinin sədri),  Qorxmaz İbrahimli (“Demokratik Seçki Mərkəzi” İctimai Birliyinin sədri) və  Əhməd Abbasbəyli (“Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyinin sədri) koalisiyanın həmsədrləridir. Görüşdə F.Mustafaya “Sivil Toplum” Monitorinq Koalisiyası haqqında məlumat verilib, 7 fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərindən, seçki qanunvericliyindən, seçki mühiti, seçki prosesinin müşahidəsindən danışılıb. 
Daha sonra F.Mustafa ənənəvi olaraq seçki platforması və proqramı ilə koalisiya həmsədrlərini tanış edib. Təbliğat və təşviqat kampaniyası, seçicilərlə keçirdiyi görüşlərdən bəhs edib. Görüşdə fikir mübadiləsi aparılıb, seçki mühiti, seçkiyə hazırlıq məsələləri müzakirə olunub, mövzu ilə bağlı suallar cavablandırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
339
qht.az

1Источники